Taksi sürücülərindən qanunsuz pul yığılması davaya səbəb oldu - DİN-dən AÇIQLAMA
Xəbərlər
4 Mart 2021 12:52

Daxili İşlər Nazirliyi Qazaxda baş verən insidentlə bağlı açıqlama verib. DİN-in Mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov oxu.az-a bildirib ki, martın 3-də Qazax Rayon Polis Şöbəsinə Ağstafa rayon Qırlı kənd sakinləri - Tərxan Abbasov, Arif Novruzov və Qazax rayon sakinləri Rəhim Əhmədli və atası Yasin Əhmədovun dava nəticəsində müxtəlif dərəcəli xəsarət almaları barədə məlumat daxil olub: “RPŞ-nin əməkdaşları dərhal hadisə yerinə gələrək müəyyən araşdırmalar aparıb, xəsarət alanlar və hadisə şahidlərinin izahatları alınıb. İlkin araşdırmalar nəticəsində davaya səbəb Qazax rayon Ağköynək kəndində fəaliyyət göstərən “Saloğlu” şirkətində mühafizəçi işləyən Rəhim Əhmədlinin avtostansiyada müştəri toplamaq üçün dayanan mikroavtobus və taksi sürücülərindən qanunsuz pul yığılması tələbi nəticəsində yaranan mübahisə olub”.
O qeyd edib ki, faktla bağlı RPŞ-də araşdırmalar davam etdirilir, sosial şəbəkə və bəzi xəbər saytlarında sürücülərin digər iddiaları barədə aidiyyəti qurumlar tərəfindən araşdırılır.
Oxunub : 1758
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 18:15
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
14 Oktyabr 2026 11:03
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
13 Oktyabr 2026 22:08
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
13 Oktyabr 2026 19:02
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
13 Oktyabr 2026 15:18
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
12 Oktyabr 2026 23:06
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
12 Oktyabr 2026 20:29
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
12 Oktyabr 2026 20:17
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
12 Oktyabr 2026 19:45
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
12 Oktyabr 2026 19:24
18 marşrutun hərəkət sxemi dəyişdirilir
12 Oktyabr 2026 18:41
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
12 Oktyabr 2026 18:00
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
ŞƏRH YAZ












