Taksilər qiymətləri qaldırdı, yumurta bahalaşdı – REALLIQ
Xəbərlər
7 Yanvar 2021 13:17

Tarif Şurasının qərarı ilə yanvarın 5-dən Azərbaycanda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Bu qərarın qiymət artımına təsir etməyəcəyinə inandırmağa çalışsalar da dəyişən qiymətlər var. Artıq şəhər əhalisinin hər gün istifadə etdiyi taksi xidmətləri bu məsələdə birincilik nümayiş etdirib.
2 gün bundan əvvəl Heydər Əliyev Sarayının yanından İnşaatçılar metrostansiyasına 2.40 manata getmək mümkün idisə, bu gün həmin yolu bəzi şirkətlərdə 50-60 qəpik, bəzilərində isə 1.00 -1.20 manat bahasına daşımağa başlayıblar.
25 il sürücülük fəaliyyəti ilə məşğul olan Yaşar dayı dizel yanacağının qalxmasının onun büdcəsi üçün ağır zərbə olduğunu deyib.
Onun sözlərinə görə, belə bir vəziyyətdə o, məcbur qalaraq gediş haqqlarını yüksəldəcək. ''Əgər əvvəllər 5 kilometrlik yol mənə 2.80 – 3.00 manata başa gəlirdisə, yeni tariflə bu 33% daha baha başa gələcək. Sürücülər də məcbur qalaraq, bu şəraitdə qiymətin üzərinə dizelə görə 33%, benzinə görə isə əlavə 11% qiymət artıracaq. Bu həm müştərinin cibinə zərər olacaq, həm də sürücünün''.
''Əvvəllər ay ərzində 10 gün taksidən istifadə edən müştəri, məcbur qalıb taksidən istifadəsini minimuma endirəcək. Çox keçmədən vəziyyət sürücülərin fəaliyyətinə öz mənfi təsirini göstərəcək. Bu da hazırda post müharibə və ciddi karanti rejimi yaşayan bir ölkənin insanlarını çıxılmaz vəziyyətə qoyur'', - deyə o bildirib.
Məsələ ilə bağlı daha bir neçə taksi şirkətlərinə müraciət etdik. Xanım operatorların müştəriyə söylədiyi qiymətə etiraz edəndə, onlar bunu müxtəlif bəhanələrlə əsaslandırmağa çalışdılar, görünən isə o idi ki, qiymət artıb.
Əksər operatorların da cavabı bir-birinə oxşadığından aydın olurdu ki, təlimat vahid mərkəzdən gəlib. Təbii ki, hər kəs sözə yox, cibinə təsir edən fakta inanır.
İclaslarının çoxunu gecələr keçirən Tarif Şurasının qiymət artımı bu gün səhərdən bazarda yumurtanın qiymətinə də yavaş-yavaş təsir etməyə başlayıb.
Deyəsən, yumurtadan da yun qırxan işbazlar Tarif Şurası kimi gecələr artıb çoxalmağa meyilli olurlar. Dünən 15 qəpiyə olan yumurta, bu gün səhərdən marketlərdə artıq 18-19 qəpiyə satılır.
Oxunub : 1460
DİGƏR XƏBƏRLƏR
17 Sentyabr 2026 23:40
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
17 Sentyabr 2026 23:11
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
17 Sentyabr 2026 21:51
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
17 Sentyabr 2026 21:40
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA
17 Sentyabr 2026 18:52
Pensiyalarla bağlı gözlənilən XƏBƏR
17 Sentyabr 2026 18:27
Bakı Limanında yükaşırma göstəriciləri artıb - FOTO
17 Sentyabr 2026 15:53
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR - YENİLƏNİB
16 Sentyabr 2026 22:03
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
16 Sentyabr 2026 21:40
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
16 Sentyabr 2026 18:57
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
16 Sentyabr 2026 18:28
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq
15 Sentyabr 2026 21:15
Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO
ŞƏRH YAZ











