Talış dağlarında 100 il sonra yenidən nəcib marallar peyda olacaq

“Dövlət Təbiət Qoruqları və Milli Parkların hamısında yetərincə fauna növləri yoxdur”.
Bu barədə oxu.az-a açıqlamasında Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov bildirib.
Onun sözlərinə görə, bunların əksəriyyətini görmək üçün ucqar dağlara getmək məcburiyyəti yaranır:
“Biz heyvanları tarixi areallarına qaytarıb, bərpa etmək istəyirik. Bunu təbiətin özünə buraxsaq, əsrlər çəkər. Bunun üçün bizim müdaxiləmiz lazımdır. Bildiyiniz kimi, Qafqaz maralının (nəcib maral) sonuncusu 1922-ci ildə Talış dağlarında öldürülüb.
Biz də istəyirik ki, onları Talış dağlarına qaytaraq. Böyük Qafqazda - İsmayıllı, Zaqatala, Şamaxıda onlar var. Həmin ərazilərdəki heyvanlardan Talış dağlarına aparacağıq ki, həmin növü bərpa edək”.
O qeyd edib ki, hazırda “Qırmızı kitab”ın lll nəşri ilə bağlı işlər aparılır.
Qeyd edək ki, 4 oktyabr – Dünya Heyvanlar Günü və ya Heyvanların Beynəlxalq Müdafiəsi Günüdür.
Heyvanların Beynəlxalq Müdafiəsi Günü 1931-ci ildə İtaliyanın Florensiya şəhərində ekoloqların nəsli kəsilməkdə olan bəzi növlərin müzakirəsini apardıqları yığıncaqdan sonra təqvimə daxil edilib. Bundan sonra həmin təqvim dünyadakı heyvanların bütün növlərinə şamil olunub.
Heyvanların müqəddəs qoruyucusu sayılan İtaliyanın Assasiya əyalətinin sakini Françeskonun vəfat etdiyi gün Heyvanların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilir.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












