Tanınmış şirkətdə 2 milyonluq yeyinti - 3 qadına cinayət işi açıldı

“Silk Row Travel” turizm şirkətinin üç xanım əməkdaşı cinayət məsuliyyətinə cəlb edilib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, E.Zeynalova, L.Resetova və M.Yusubova vəzifə cinayətlərində ittiham olunurlar.
Onların işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunub. E.Zeynalova və L.Resetovaya qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı), M.Yusubovaya isə 313-cü maddə ilə ittiham irəli sürülüb. Cinayət nəticəsində şirkətə 2 milyon manatlıq maddi ziyan dəyib. Prokurorluq həmin məbləğin 1 milyon manatını ilkin istintaq mərhələsində ödətdirib.
Təqsirləndirilən şəxslər isə həbsdə deyil. Onlar barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Elan olunmuş ittihamların sanksiyasında 14 ilə kimi həbs var. Amma dəymiş ziyanın ödənilməsi yaxında başlayacaq məhkəmə araşdırmasında yumşaldıcı hal hesab edilə bilər.
Qeyd edək ki, “Silk Row Travel” ölkənin aparıcı turizm şirkətlərindən biridir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












