“Taxıl dəhlizi”: Ukrayna limanlarından daha beş gəmi çıxıb

“Taxıl dəhlizi” çərçivəsində bu gün, oktyabrın 2-də daha beş gəmi Ukrayna limanlarını tərk edib. Onlar Afrika və Avropa ölkələrinə kənd təsərrüfatı məhsullarını daşıyırlar.
Bu barədə Ukrayna İnfrastruktur Nazirliyinin “Facebook” səhifəsində məlumat verilib.
“Bu gün "taxıl təşəbbüsü"nün həyata keçirilməsi çərçivəsində Odessa, Çornomorsk və Yujnı limanlarından beş gəmi çıxıb. Onlar Afrika və Avropa ölkələri üçün 114,7 min ton kənd təsərrüfatı məhsulu daşıyır”, - məlumatda deyilir.
Eyni zamanda, BMT-nin Ümumdünya Ərzaq Proqramı tərəfindən icarəyə götürülmüş beşinci gəmi olan “New Island” gəmisi yüklənmə üçün bu gün Çernomorsk limanına gəlib. Buğda yükləndikdən sonra o, Somaliyə gedəcək.
Xatırladaq ki, iyulun 22-də Ukrayna, Rusiya, BMT və Türkiyə Qara dənizlə Ukrayna taxılının ixracına imkan yaradan dördtərəfli saziş imzalayıb. Taxıl daşıyan ilk gəmi avqustun 1-də Odessa limanını tərk etdi.
Ümumilikdə, indiyədək 257 gəmi Asiya, Avropa və Afrika ölkələrinə göndərilib.
oxu.az
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












