Tbilisidə mikromaliyyə təşkilatına basqın olub, 9 nəfər girov götürülüb - YENİLƏNİB

Tbilisidə mikromaliyyə təşkilatına silahlı basqın edərək 9 nəfəri girov saxlayan şəxs tələblər irəli sürüb.
Gürcüstan parlamentinin təcili iclasının çağırılmasını tələb edib.
Tələblərə əsasən, qanunverici orqan ölkədə azart oyunların qadağası, kredit üzrə faizlərin 7%-dək endirilməsi və medikamentlərin qiymətlərinin aşağı salınması barədə qərarlar qəbul etməlidir.
Basqınçının içkili vəziyyətdə olduğu bildirilir.
Təhlükəsizlik baxımından yaxınlıqda yerləşən mağaza və digər kommersiya obyektləri bağlanıb. Mikromaliyyə təşkilatının yerləşdiyi binanın sakinləri də təxliyə olunub.
18:30
Tbilisidə mikromaliyyə təşkilatına silahlı basqın edən şəxs 9 nəfəri girov götürüb.
Avtosfer.az xəbər verir ki, bu barədə Patrul Polis Xidmətinin rəisi Vaja Siradze bildirib.
Onun sözlərinə görə, hazırda xüsusi əməliyyat davam etdirilir.
Gürcüstanın Daxili İşlər Nazirliyində faktla bağlı qarət və qanunsuz olaraq odlu silah gəzdirmə maddələri üzə operativ istintaq tədbirlərinə başlanılıb.
17:42
Gürcüstanın paytaxtı Tbilisinin Tsereteli metrostansiyası yaxınlığında yerləşən mikromaliyyə təşkilatının ofisinə silahlı şəxs basqın edib.
Avtosfer.az xəbər verir ki, əraziyə polis qüvvələri cəlb olunub.
Yayılan məlumatlara əsasən, basqınçı 10 nəfəri girov götürüb.
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq












