Təhsil nazirindən öz keçmiş vəzifəsinə TƏYİNAT
Xəbərlər
7 Yanvar 2021 11:38

Təhsil Nazirliyində növbəti kadr dəyişikliyi baş verib.
Avtosfer.az-ın məlumatına görə, Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Rüfət Əzizov Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Təhsil naziri Emin Əmrullayev nazir vəzifəsinə təyinat alana kimi institutunun direktoru vəzifəsində çalışıb.
Rüfət Əzizov 2003-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində kimya ixtisası üzrə bakalavr, 2017-ci ildə isə ADA Universitetində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistr təhsili alıb. R.Əzizov 2007-ci ildə kimya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
Yaxın saatlarda Təhsil naziri Emin Əmrullayev Rüfət Əzizovu Təhsil İnstitutunun kollektivinə təqdim edəcək.
Oxunub : 1200
DİGƏR XƏBƏRLƏR
16 Oktyabr 2026 19:42
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
16 Oktyabr 2026 16:00
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
15 Oktyabr 2026 22:45
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
15 Oktyabr 2026 18:44
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
15 Oktyabr 2026 18:10
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
15 Oktyabr 2026 16:18
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
15 Oktyabr 2026 12:16
İlham Əliyev Fərman İMZALADI
14 Oktyabr 2026 18:15
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
14 Oktyabr 2026 11:03
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
13 Oktyabr 2026 22:08
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
13 Oktyabr 2026 19:02
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
13 Oktyabr 2026 15:18
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
ŞƏRH YAZ












