Təhsil Nazirliyi: Qış tətili ilə bağlı xüsusi qərar qəbul edilməyib

Ötən il Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 19 oktyabrdan 2 noyabr tarixinədək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunub. Qərara əsasən, qeyd edilən dövr ərzində ölkədə fəaliyyət göstərən məktəbəqədər, məktəbdənkənar və əlavə təhsil müəssisələrinin fəaliyyəti də tamamilə dayandırılıb. Bu səbəbdən məktəblərdə qış tətilinin ləğv olunacağı ilə bağlı məlumatlar yayılıb.
Məsələ ilə bağlı Təhsil Nazirliyindən Avtosfer.az-a bildirilib ki, ümumi təhsil müəssisələrində tədris ilinin müddəti (o cümlədən, tətillərin vaxtı və müddəti) Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Qış tətili ilə bağlı xüsusi qərar qəbul edilməyib.
Qeyd edək ki, Təhsil naziri Emin Əmrullayevin 2020-2021-ci tədris ili üçün əsas tədris planlarına dair əmrinə görə, qış tətilinin müddəti 27-31 yanvarda olur. Tədrisin birinci yarımili 15 sentyabr-26 yanvar, ikinci yarımili 1 fevral-14 iyun tarixlərini əhatə edir.
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu












