Tələbkarın əmlakı əldə etməsi qaydası dəyişir

Milli Məclis tələbkarın əmlakı əldə etməsi qaydasının dəyişməsini birinci oxunuşda qəbul edib.
Avtosfer.az xəbər verir ki, “Notariat haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlara dəyişiklik layihəsi parlamentin bu gün keçirilən növbədənkənar sessiyası üzrə növbəti iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, Azərbaycanda icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlakı və rəsmi reyestrdə üzərində hüquqlar qeydiyyata alınan daşınar əmlakı “İcra haqqında” qanuna uyğun olaraq tələbkarın əldə etməsi tələbkarın yazılı müraciəti əsasında notariuun bu barədə şəhadətnamə verməsi ilə rəsmiləşdiriləcək.
Sənədə əsasən, Şəhadətnamə müvafiq əmlakı tələbkarın qəbul etməsi ilə bağlı tələbkarın iradə ifadəsini özündə əks etdirən, icra məmuru və tələbkarın imzaladığı "Elektron icra" informasiya sistemi vasitəsilə "Elektron notariat informasiya sisteminə göndərilən protokol əsasında verilir. Həmin şəhadətnamə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












