"Temu" şirkəti istifadəçiləri ALDADIR?

Çinin aparıcı e-ticarət firmalarından biri olan "Temu" şirkətinin Azərbaycan bazarında istifadəçiləri aldatdığı iddia olunub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə tanınmış müğənni Nura Suri paylaşım edib.
O qeyd edib ki, şirkətin hədiyyə və bonuslarla bağlı vədləri yalandır.
"Şirkət tərəfindən proqramı yükləyən hər kəsə hədiyyə və bonuslar verilməsi vəd olunsa da, sonda vədə əməl edilmir. Bu isə dələduzluqdur", - deyə N.Suri yazıb.
Məsələ ilə bağlı "Temu"nun baş ofisindən Oxu.Az-ın sorğusuna cavab olaraq, yaranan vəziyyətdən təəssüf hissi keçirdikləri bildirilib:
"Temu"da biz sərfəli təkliflərimizə əlavə dəyər qatmaq və alış-veriş təcrübəsini artırmaq üçün tanıtım kampaniyaları yaradırıq. Hər bir kampaniyanın şərtləri aydın formada şirkətin səhifəsində qeyd edilir və mükafatların həmin qeyd olunan meyarlara cavab verilməsindən asılıdır. İstənilən çətinliklərlə bağlı müştəri xidməti komandamız hər zaman 24/7 kömək etmək üçün hazırdır", - deyə açıqlamada vurğulanıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












