Təqaüdçülərin kartındakı pulları mənimsəyən Lənkəran sakini tutulub

Təqaüdçülərin kartındakı pulları mənimsəyən Lənkəran sakini saxlanılıb.
DIN-dən Avtosfer.az-a verilən məlumata görə, Lənkəran rayon sakini olan bir nəfər qadın polisə müraciət edərək təqaüd kartından 200 manat pulun oğurlandığını bildirib. Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə həmin vəsaitin zərərçəkmişin kartdakı pulu bankomatdan çıxarmaq üçün köməklik istədiyi şəxs tərəfindən mənimsənildiyi məlum olub. Faktı törətməkdə şübhəli bilinən şəxsin Lənkəran rayon sakini Təbriz Sadıxzadə olduğu müəyyən edilib və polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun daha 7 nəfər təqaüdçünün kartından da pul oğurladığı aşkarlanıb. Belə ki, bankomatların yaxınlığında dayanan həmin şəxsin kartdakı pulu çıxarmaq üçün müraciət edən təqaüdçülərin etibarından sui istifadə edərək həmin kartlardan mobil tətbiq vasitəsilə, “avans” götürmək yolu ilə və digər üsullarla ümumilikdə 2300 manatdan artıq pulu mənimsədiyi müəyyən edilib. T.Sadıxzadənin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa DİN-in “102” xidməti-zəng mərkəzinə və ya ərazi polis orqanına məlumat vermələri xahiş olunur.
Bir daha vətəndaşların diqətinə çatdırırıq ki, bank kartlarını və onun üzərindəki məlumatları digər şəxslərə etibar etməsinlər.
Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir - FOTO
Leysan olacaq - XƏBƏRDARLIQ
Ceyranbatanda evlər niyə boş qalıb? - VİDEO
363 min manata ev aldı, mənzilə həbs qoyuldu - VİDEO
Azərbaycanda hava kəskin dəyişəcək: FHN xəbərdarlıq etdi
Bakı-Quba yolunda təhlükəli vəziyyət: İşıq dirəkləri var, işıq yoxdur - VİDEO
Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ
İldırımlı hava səbəbindən bəzi uçuşlar təxirə düşdü - RƏSMİ
Sərnişinlərin NƏZƏRİNƏ! - Bu marşrutun yolu dəyişdirilir
Hesablama Palatası iki dövlət qurumunda NÖQSANLAR AŞKARLADI
Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - VİDEO










