Tərtərdə qanunsuz inşa edilən qeyri-yaşayış obyekti sökülüb - FOTO

“Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”na əsasən, özbaşına aparılan tikinti işlərinin qarşısının alınması məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən təyin olunmuş məsul şəxslərin, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qarabağ Regional Mərkəzinin, Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə qanunsuz tikintilərin qarşısının alınması məqsədilə rayon ərazisində növbəti monitorinq keçirilib. Avtosfer.az xəbər verir ki, monitorinq zamanı müvafiq icazəverici sənədləri olmadan Tərtər rayon Xoruzlu kəndində, kənd sakini Xəzər Dadaş oğlu Orucov tərəfindən bələdiyyəyə məxsus torpaq sahəsində qeyri-yaşayış obyektinin tikintisinin aparıldığı aşkarlanıb. Qanunsuz inşa edilən obyektdə tikinti işləri dayandırılaraq, söküntüsü təmin edilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident













