“Tesla”ya hücum edənlər Salvador həbsxanalarına göndərilsin

ABŞ Prezidenti Donald Tramp “Tesla” avtomobilləri və avtosalonlarına qarşı yanğın və digər vandalizm aktları barədə məlumatlar fonunda şirkətə hücum edən insanların Salvador həbsxanalarına göndərilməsi ideyasını dəstəkləyib.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Tramp martın 21-də “Truth Social” platformasında yazıb.
“Bu xəstə terrorçu başkəsənlərin İlon Mask və “Tesla”ya etdiklərinə görə 20 il həbs cəzası almalarını səbirsizliklə gözləyirəm. Bəlkə də, onları son vaxtlar “gözəl” şərtləri ilə tanınan Salvador həbsxanalarına göndərmək olardı!”, – Tramp qeyd edib.
Trampın siyasi müttəfiqi və sponsoru olan “Tesla”nın baş direktoru İlon Mask, həmçinin federal xərclərin azaldılması ilə məşğul olan Hökumətin Effektivliyi Departamentinə (DOGE) başçılıq edir. Bu amillər “Tesla”nı hücumlar üçün hədəfə çevirib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












