Tıxacdan qurtulmağın bircə yolu var: Tramvay xətləri... - FOTO

Paytaxtımızda tramvay xətlərinin yenidən qurulması müzakirə edilir. Əslində tramvay yollarının bərpası çoxdanın müzakirə mövzusudur. Bu günlərdə Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev də bildirib ki, ölkədə tramvay xətlərinin bərpasına dair müvafiq işlər gedir: “Çox istərdik ki, paytaxtda tramvaylardan istifadə olunsun. Bu istiqamətdə tədbir görülür. Eyni zamanda, velosiped sürənlər də nəzərdə tutulur. Bizim əsas hədəflərimizdən biri də odur ki, velosiped yalnız idman həvəsi kimi yox, nəqliyyat növü kimi məşhurlaşsın. Bunun üçün də müəyyən infrastruktur yaradılmalıdır”.

Məsələ ilə bağlı “Sherg.az”a danışan “Digesta” hüquq firmasının direktoru, nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirib ki, 15 il öncə paytaxtda tramvay yollarının ləğv edilməsi çox kobud səhv idi: “Şəhər infrasturukturundan anlayışı olmayan adamlar bu cür yanlışlığa yol verdilər. İndi məcburuq ki, həmin şəxslərin səhvini düzəldək. Bakını müasir şəhərə çevirmək, əhalinin harasa rahat getməsi və qayıtması üçün ictimai nəqliyyatın alternativi yoxdur. Hazırda Bakıda ictimai nəqliyyat çox bərbad vəziyyətdədir: Metro şəbəkəsi və avtobusların sayı kifayət qədər məhduddur, xidmət keyfiyyəti bərbaddır. Bu səbəbdən də müvafiq narazılıqlar olur, yollarda tıxaclar yaranır”.
Ekspert diqqətə çatdırıb ki, paytaxtda ictimai nəqliyyat sahəsini mükəmmələşdirməklə xeyli məsələləri həll edə bilərik. Bunun üçün tramvay xətlərinin bərpası yaxşı variantdır: “Tramvay xətlərinin yenidən qurulmasında hansısa problem yoxdur. Müəyyən mərhələlər üzrə işlər görülə bilər. Bu dəqiqə paytaxtdakı bütün yolları söküb tamvay xətlərini salsaq, bunun üçün çox vəsait lazım olacaq. Şəhərin bərpa və abadlıq gedən yerlərində fürsətdən istifadə edib tramvay xətlərini yenidən yaratmaq olar. Dövlət vəsaitindən düzgün və səmərəli istifadə etmək lazımdır. Real nəticələr əldə olunmalı və ona uyğun işlər görülməlidir”.
Sahil Babayevin yeni hədəfləri: Antiinhisar Maliyyə Nazirliyinin tabeliyinə verilə bilər
Bir icra başçısı işdən çıxardı, digəri vəzifə verdi - FOTO
Bu obyektlərə hüquqi mühafizə verilməyəcək - Prezident təsdiqlədi
Azərbaycanda yeni təqaüd təsis olundu - FƏRMAN
Müdafiə nazirinin yanındakı general kimdir? - DOSYE - FOTO
Bu yolda sürət həddi bərpa edildi
Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olundu - YENİLƏNİB
NİİM işıqforlarla bağlı hərəkət iştirakçılarına müraciət etdi - FOTOLAR
Azərbaycan neftinin qiyməti rekord həddə bahalaşdı - SON RƏQƏM
Bu yolda sürət həddi endirildi - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq










