“Tonoyan toya hazırlaşır, 5 min hərbçinin ölümü vecinə deyil”

Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanla bağlı yeni qalmaqallı məlumat yayılıb.
Avtosfer.az azvision.az-a istinadən bildirir ki, erməni KİV-ləri xalqın matəmdə olmasına baxmayaraq, Tonoyanın eyş-işrətdən qalmadığını yazıblar.
"Biabırçı Qarabağ məğlubiyyətindən sonra əsas günahkarlardan olan müdafiə naziri David Tonoyan vəzifədən uzaqlaşdırıldı və daha ortalıqda görünmədi. Bununla belə, cəmiyyət baş verənlərin izahını tələb etmədi, Tonoyanın isə xalqın gözündən itməsi ilə barışdı. Onun adı məğlubiyyətin əsas səbəbkarlarından olan Paşinyan və Qasparyanın yanına qoyulmalı idi. Ancaq məlum olur ki, Tonoyan 5000 müharibə qurbanının və ya torpaqların itirməsinin dərdini çəkmir".
Tonoyanın vəzifədə olduğu vaxt səsləndirdiyi sərsəm bəyanatı ("Yeni müharibə, yeni ərazilər"-red.) xatırladan erməni jurnalistlər onun on minlərlə gəncin şikəst qalmasından və faciəvi durumdan narahatlıq keçirmədiyini bildiriblər.
"Onların ayaqları yoxdur, zədələnmiş orqanları ilə yaşamaq məcburiyyətindədirlər. Yüzlərlə valideyn oğullarının cəsədlərini tapmağı xəyal edir. Bu minvalla nazir də öz kefində olub. Onun bir bacısı qızının nişanı və toyu noyabr ayında, başqa birinin nişanı isə dekabr ayında baş tutub, daha sonra ona toy ediblər. 31 dekabrda isə Tonoyanın qızı üçün möhtəşəm bir nişan təşkil edilib. Mənbəmizin verdiyi məlumata görə, qonşular artıq Tonoyanı hərbçilər binasında da görmürlər. 2 il ərzində iki mərtəbəli xüsusi bir villa tikdirib ki, bu evdə nişanın baş tutması ehtimal edilir. Ancaq Tonoyanın bu davranışları təəccüblü deyil․ Sentyabrın 27-i, səhər tezdən müharibə başlayanda, bizim müdafiə nazirimiz olmuş Tonoyan Bolqarıstandakı dostu və iş ortağı olan David Qalstyanın ad günündə iştirak edirdi".
KİV-lər həmçinin Tonoyanın nazirlikdən maaş olaraq 12, 791 241 dram almasını Ermənistan Dövlət Sosial Fondundan, həmçinin Müdafiə Nazirliyindən milyonlarla dram məbləğində təqaüd və digər "gəlirlər" əldə etməsini diqqətə çatdırıb.
Qeyd edilib ki, Tonoyan bu günlər ərzində heç bir cinayət işinə cəlb edilməyib, araşdırılma aparılmayıb və bu səbəbdən yığdıqlarını hələ də əyləncə və ev tikməyə sərf edir.
Sərnişinlərin NƏZƏRİNƏ: Bakıda bəzi marşrutların dayanacaqları DƏYİŞDİRİLDİ
Xırdalan – Sumqayıt sərnişin qatarlarının hərəkəti BƏRPA OLUNUR - VİDEO
Türkiyədə ağır cinayətlərə görə axtarılırdı: Bakıda SAXLANILDI
Azərbaycanda 13 yaşlı qız hamilə qaldı - Atasının 45 yaşlı dostu həbs edildi
Bakıda nişan və piyada keçidi tıxac yaradır? - VİDEO
“28 May”da sərnişinlərin hərəkəti necə tənzimlənir? - VİDEO
10 kiloqramlıq narkotik əməliyyatı: İmişlidə qadın saxlanıldı
Bakıda mağazada uçqun: Qadın dağıntılar altında qaldı - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - VİDEO
FHN-dən Qubada baş verən zəlzələ ilə bağlı AÇIQLAMA
"Tarqovı"da rəqs edən qızın GÖRÜNTÜLƏRİ qalmaqal yaratdı - FOTO - VİDEO










