Tovuzda şəhid ailəsinə qarşı dələduzluq edən şəxs saxlanıldı - FOTO

Tovuz rayonunda vətəndaşların etimadından sui-istifadə etməklə dələduzluq yolu ilə onu işə düzəltmək adı altında aldadan və maddi vəsaitini ələ keçirən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının rayon sakinindən daxil olan müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən, Tovuz rayon Yuxarı Öysüzlü kənd sakini, 45 yaşlı Mahal Qurbanov saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, M.Qurbanov ötən ilin fevral ayında həmkəndilisini işlə təmin edəcəyinə söz verərək onu dələduzluq yolu ilə aldadaraq həmin şəxsdən 2400 manat pul alıb. Bundan başqa saxlanılan şəxs 2020-ci ilin may ayında Vətənin müdafiəsi uğrunda şəhid olmuş hərbi qulluqçunun ailəsi ilə əlaqə saxlayıb, onun valideynlərindən şəhidin sosial sığortası üçün ayrılmış vəsaiti nağdlaşdırmaq üçün 10.000 manat pul tələb edildiyini bildirib və beləliklə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib.
Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa “102” Zəng Mərkəzinə, Tovuz Rayon Polis Şöbəsinə və ya ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Fidan
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu












