Türkiyədə Azərbaycanın Qələbəsi şərəfinə xatirə sikkəsi buraxılıb
Xəbərlər
23 Yanvar 2021 14:42

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı zəfəri tarixi hadisə olaraq Türkiyədə buraxılan gümüş xatirə sikkəsində öz əksini tapıb.
Avtosfer.az xəbər verir ki, Türkiyə Cümhuriyyətinin Xəzinə və Maliyyə Nazirliyinin Darphanə və Damğa Mətbəəsi tərəfindən buraxılan gümüş sikkənin üzərində “Qarabağ Azərbaycandır!” şüarı, ölkəmizin xəritəsi, dövlət gerbimiz, Şuşa qalası və məscid şəkili həkk olunub.
Sikkənin digər üzündə isə qələbəmizin rəmzinə çevrilən Xarı-Bülbül rəsmi əksini tapıb. Xatirə sikkəsi 50 manat nominal dəyərindədir və hazırda Türkiyədəki satış qiyməti 275 türk lirəsidir.
Qeyd edək ki, qardaş Türkiyədə Azərbaycanla bağlı tarixi hadisələrə dair xatirə sikkələrinin buraxılması davamlı xarakter alıb. Bundan əvvəl 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, ötən il isə Nəsiminin 650 illiyi ilə bağlı sikkələr buraxılıb.
Oxunub : 1384
DİGƏR XƏBƏRLƏR
15 Oktyabr 2026 16:18
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
15 Oktyabr 2026 12:16
İlham Əliyev Fərman İMZALADI
14 Oktyabr 2026 18:15
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
14 Oktyabr 2026 11:03
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
13 Oktyabr 2026 22:08
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
13 Oktyabr 2026 19:02
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
13 Oktyabr 2026 15:18
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
12 Oktyabr 2026 23:06
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
12 Oktyabr 2026 20:29
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
12 Oktyabr 2026 20:17
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
12 Oktyabr 2026 19:45
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
12 Oktyabr 2026 19:24
18 marşrutun hərəkət sxemi dəyişdirilir
ŞƏRH YAZ












