Türkiyədə dekabrın COVID-19 peyvəndinin tətbiqinə başlanılacaq

Dekabrda Türkiyəyə ən az 10, böyük ehtimalla isə təxminən 20 milyon doza Çin istehsalı peyvənd gətiriləcək. Bu rəqəm yanvarda 20 milyon, fevralda isə 10 milyon təşkil edəcək. Ölkə əhalisinin peyvəndlənməsi prosesinin dekabrın 11-dən etibarən başlanılması planlaşdırılır. Peyvəndin ilk növbədə səhiyyə işçilərinə, sonra isə risk qruplarına daxil olanlara tətbiqi nəzərdə tutulur.
Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin səhiyyə naziri Fahrettin Koca ölkədə COVID-19 peyvəndinin tətbiqi ilə bağlı açıqlamasında bildirib.
Yerli peyvəndin aprel ayından etibarən aktiv şəkildə tətbiqinin nəzərdə tutulduğunu deyən nazir bildirib: "COVID-19 peyvəndi ilə bağlı ilkin anlaşmalar əldə edilib. Bu razılaşmalara əsasən dekabr-fevral ayları ərzində Çin istehsalı olan "Sinovac" peyvəndinin 50 milyon dozasının mərhələli şəkildə Türkiyəyə gətirilməsi planlaşdırılır. Hazırda elmi şurada vətəndaşların peyvəndlənməsi prosesinin aparılması, peyvəndin əvvəlcə kimlərə vurulacağı ilə bağlı müzakirələr aparılır. Türk professorlar Uğur Şahin və Özlem Türeci tərəfindən qurulan Almaniyanın "BioNTech" və ABŞ-ın "Pfizer" şirkətlərinin ortaq hazırladıqları COVID-19 peyvəndinin də ölkəmizə idxalı ilə bağlı danışıqlar aparılır. Danışıqlar müsbət nəticə verəcəyi təqdirdə bu peyvəndin dekabr ayında 1, sonra isə 25 milyon dozasının Türkiyəyə gətirilməsi planlaşdırılır. Belə olacağı təqdirdə ümumilikdə 75 milyon doza COVID-19 peyvəndinin ölkəmizə gətirilməsi nəzərdə tutulur".
10 kiloqramlıq narkotik əməliyyatı: İmişlidə qadın saxlanıldı
Bakıda mağazada uçqun: Qadın dağıntılar altında qaldı - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - VİDEO
FHN-dən Qubada baş verən zəlzələ ilə bağlı AÇIQLAMA
"Tarqovı"da rəqs edən qızın GÖRÜNTÜLƏRİ qalmaqal yaratdı - FOTO - VİDEO
Doqquz avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLDİ
Nazir onu özünə köməkçi TƏYİN ETDİ
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var










