"Twitter" səsli mesajlar funksiyasını sınaqdan keçirir

"Twitter" sosial şəbəkəsi səsli şəxsi mesajlarla mübadilə funksiyasını sınaqdan keçirməyə başlayıb. Yaponiya, Braziliya və Hindistanda bəzi istifadəçilərdə bu imkan əlçatan olub.
Avtosfer.az AZƏRTAC-a istinadən bildirir ki, səsli mesaj göndərmək üçün artıq başlanmış dialoqa daxil olmalı və ya yeni dialoq yaratmalı, bundan sonra səs nişanına sıxmaq lazımdır. "Stop" düyməsini sıxmaqla səs yazısını bitirmək, həmçinin səsli mesajı göndərməzdən əvvəl onu dinləmək mümkündür.
Şirkətdən bildirilib ki, eksperimental funksiya istifadəçilərə söhbət vaxtı "özünü ifadə etmək üçün daha çox imkan" yaradacaq. "Android" və "iOS" əməliyyat sistemləri üçün "Twitter" mobil proqramında səsli mesajlar yazmaq, veb-versiyada isə yalnız həmin mesajları dinləmək mümkündür.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












