Ucarda 2 fərdi yaşayış evində yanğın baş verib

Ucarda eyni vaxtda 2 fərdi yaşayış evi yanıb.
Avtosfer.az xəbərinə görə, gecə saatlarında rayonunun Vidadi küçəsində 1958-ci il təvəllüdlü Teyubə İbrahim qızı Əhmədovaya məxsus 2 mərtəbəli, ümumi sahəsi 300 kvadrat olan evdə güclü yanğın baş verib.
Hadisə yerinə FHN-in Ucar və Göyçay Rayon Yanğından mühafizə hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı evin 120 kvadrat metri yanıb.
İkinci yanğın hadisəsi 28 may küçəsində qeydə alınıb. 1950-ci il təvəllüdlü Maqnet Mövsüm oğlu Quliyevə məxsus 1 mərtəbəli, ümumi sahəsi 100 kvadratmetr olan 4 otaqlı ev əşyaları ilə birlikdə tamamilə yanıb.
Hadisə zamanı ölən və xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Fakt araşdırılır.
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO












