Ukrayna Gürcüstanın hərbi helikopterlərini modernləşdirəcək

Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili Ukraynanın təyyarə və helikopterlərin istehsalı üzrə iri şirkəti olan “Motor Sich” şirkətinin nümayəndə heyətini qəbul edib.
Report xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyində bildirilib.
Görüşdə dünyanın ən qabaqcıl hərbi sənaye şirkəti ilə gələcək əməkdaşlıq planları müzakirə olunub.
Qeyd edilib ki, Gürcüstanın “Motor Sich” şirkəti ilə əməkdaşlığı ölkənin hərb sənayesinin inkişafı və müdafiə qüvvələrinə məxsus təyyarələrin modernləşdirilməsinə yönəlib.
Ukrayna nümayəndə heyətinin Gürcüstana səfəri çərçivəsində Gürcüstanın “Delta” hərbi-elmi-texniki mərkəzi, “Тbilaviamşeni” MMC (Tbilisi Aviasiya Zavodu) və “Motor Sich” şirkəti arasında üçtərəfli memorandum imzalanıb.
Sənədə əsasən, tərəfdaşlar “Mi-8” çoxfunksiyalı helikopterlərinin mühərriklərinin əsaslı təmiri və modernləşdirilməsi üçün birgə layihələr həyata keçirəcəklər.
Nazirlikdə qeyd olunub ki, Ukrayna şirkətinin istehsal etdiyi mühərriklər dünyanın 100-dən çox ölkəsində müxtəlif növ təyyarələrdə istifadə olunur.
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ












