Valideynlərinin zorakılığa məruz qoyduğu azyaşlılar körpələr evinə yerləşdiriləcək

Ağdamda valideynlərinin zorakılığa məruz qoyduğu azyaşlının kiçik qardaşı da körpələr evinə yerləşdiriləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən (SXA) Avtosfer.az-a verilən məlumata görə, SXA-nın əməkdaşları hər iki uşağın vəziyyəti ilə yaxından maraqlanır və azyaşlıların mənafeyinə uyğun addımların atılması məqsədilə aidiyyəti qurumlarla koordinasiyalı şəkildə iş aparırlar.
"Hazırda Respublika Neyrocərrahiyyə Xəstəxanasında müvafiq tibbi xidmətlər göstərilən azyaşlının müalicə və müayinələri bitdikdən sonra onun körpələr evinə yerləşdirilməsi nəzərdə tutulub.
Həmçinin onun qardaşı, 2024-cü il təvəllüdlü və hazırda Ağdam Rayon Mərkəzi Xəstəxanasında həkimlərin müşahidəsi altında saxlanılan digər azyaşlı da Bakı şəhərinə gətirilərək Sosial Xidmətlər Agentliyi tərəfindən müvafiq körpələr evinə yerləşdiriləcək", - deyə əlavə edilib.
Ada Süleymanın həlak olduğu avtomobilin son halı - VİDEO
Bakıda sahibsiz itlər yeniyetmə qıza hücum etdi - VİDEO
Deputatın oğlunun Dubayda sərvəti üzə çıxdı - FOTO
İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Bakıda bir sıra küçələrə avtomobillə girişin ödənişli olacağı gözlənilir - VİDEO
Vasif Talıbovun oğlunun Dubaydakı sərvəti: 73 milyonluq malikanə - FOTO
İcra hakimiyyətində struktur dəyişiklikləri aparıldı: Yeni təyinatlar - SİYAHI
Pensiyalar təhlükə altındadır? – DSMF-də baş verənlər narahatlıq yaradır
Bakının bu ərazilərinə giriş ödənişli olacaq – Tarixi qərar…
Taksi sürücüsü olmaq istəyənlərin NƏZƏRİNƏ












