Vergi borcu olan şirkət FHN-nin tenderində necə qalib seçilib?

Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi Texniki-Təchizat İdarəsi "Atlas Alliance Group" şirkəti ilə satınalma müqaviləsi bağlayacaq. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, şirkət su yolu hərəkət vasitələrinin tez-tez sıradan çıxan hissələrinin satın alınması ilə bağlı sözügedən qurumun keçiridyi tenderin qalibi seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 208 482,4 manatdır. "Atlas Alliance Group" MMC 1 aprel 2018-ci ildə "Azər 1982" MMC kimi qeydiyyata alınıb. 8 gün sonra isə şirkətin adı dəyişdirilib. "Atlas Alliance Group" MMC-nin nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi isə İsmayılov Azər Rəhim oğludur. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir. Araşdırmalarımız zamanı o da məlum olub ki, "Atlas Alliance Group" MMC-nin hazırda 45 829,01 manat vergi borcu var. "Dövlət satınalmaları haqqında" qanuna görə vergi borcu olan şirkət tenderdə iştirak edə bilməz.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












