Vətən müharibəsi qazisi: “Əsas istəyim ailə həyatı qurmaqdır” - FOTO

21 yaşlı Vüsal Mehdiyev Vətən müharibəsi qazisidir. Ağdaş rayonunun Kükəl kəndindən olan qazi müharibənin ilk günündən torpaqlarımızın azadlığı uğrunda şərəflə döyüşüb. Suqovuşan istiqamətində gedən ağır döyüşlərin birində yaralanaraq bir qolunu itirib. O, torpaqlarımızın işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə görə “Cəsur döyüşçü” medalı ilə təltif edilib.
“Qafqazinfo” qazi ilə həmsöhbət olub, döyüş xatirələrini dinləyib:
“Könüllü olaraq ordu sıralarına yazılmışdım və müharibə başlayan gündən yaralanana qədər ön cəbhədə döyüşmüşəm. Suqovuşan, Talışkənd, Ağdərə istiqamətində döyüşlərdə iştirak etmişəm. İlk dəfə döyüşə başlayanda bir az həyəcan var idi. İkinci döyüşümüzdə artıq hamısı yaddan çıxmışdı. Düşünürdük ki, əsl məqamdır, ermənilərə yaxşı bir dərs verək, torpaqlarımızı geri qaytaraq”.
V. Mehdiyev Suqovuşandakı döyüşü belə xatırlayır:
“Oktyabrın 1-i döyüşdən çıxmışdıq. Bizə bir az istirahət vermişdilər. Yemək yeyib yenidən döyüşə girəcəkdik ki, mərmi yaxınlığımıza düşdü. Səssiz gəldiyinə görə xəbərimiz olmamışdı, partlayanda xəbər tutduq. Yerə uzanmağa imkan tapmadıq. Bir anlıq hər yer toz-duman oldu. Bir də onu gördüm ki, qolum yoxdur. Yaxınlıqda bir leytenant vardı, qolumu sıxıb bağladı. Sonra iynə vurdular və Naftalana apardılar, əməliyyat olundum. Sonra isə Gəncə hospitalına köçürdülər”.
Qazi deyir ki, döyüşlərdə yaralanan və şəhid olan hərbçi yoldaşları da olub. Döyüş yoldaşını itirmək nə qədər ağır olsa da, onların qisasını aldıqca təskinlik tapıblar:
“Yanımızda qardaşlarımız yaralandılar, şəhid oldular. Hər dəfə düşməni məhv edəndə düşünürdük ki, onların qanı yerdə qalmadı. Düzdür, istəyərdik ki, Şuşanın qaytarılmasında da iştirak edək, amma mənə qismət olmadı. Yenə də şükürlər olsun ki, biz o rayonları geri qaytardıq”.
Sağ qolu dirsəkdən yuxarı amputasiya edilən qazi bütün sənədlərini toplayaraq əlillik təyinatı ilə bağlı müraciət etdiyini deyir. Onun sözlərinə görə, hələ pensiya məbləğini almasa da, ona ikinci qrup əlillik təyin olunub. Qazinin gələcəklə bağlı çoxlu arzuları var. Əsas istəyi isə evini düzəltdirmək və ailə həyatı qurmaqdır.
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR - YENİLƏNİB
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq
Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO
İşdən çıxarılan icra başçısı məşhur şəxsin QARDAŞIDIR
15 sentyabr: Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı-Kuryk bərə xətti ilə səyahət Azərbaycana nə qazandıracaq? - DEPUTAT
Paytaxtın bu küçələrində təmir işləri YEKUNLAŞIB
DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?










