Vətən müharibəsi şəhidlərinin ailələrinə pensiya, müavinət və təqaüd təyin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvlərindən artıq 1 000-dək şəxsə sosial təminat növləri üzrə ödənişlərin təyinatını aparıb.
Nazirlikdən Avtosfer.az-a verilən məlumata görə, onlara Prezidentin aylıq təqaüdü, həmçinin pensiya, müavinətlər təyin olunub.
Hazırda digər şəhid ailələri üzvlərinə də sosial ödənişlərin təyin olunması prosesi davam etdirilir.
Xatırladaq ki, Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərinin və müharibə iştirakçılarının sosial təminat hüquqlarının təminatına operativ dəstək göstərilməsi üçün işçi qrup fəaliyyət göstərir. Şəhid ailələrinin müvafiq sənədləri təqdim etmələrini gözləmədən, bu sənədlər aidiyyəti qurumlardan alınaraq toplanır və həmin ailələrin üzvlərinə sosial təminat növləri üzrə ödənişlər təyin olunur.
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












