Vətən Müharibəsində iştirak edən 4 nəfər BNA-da işlə təmin olunub

Dövlət başçısının Vətən Müharibəsi iştirakçılarının işlə təmin olunması ilə bağlı tapşırığına əsasən 4 nəfər Bakı Nəqliyyat Agentliyinin mərkəzi aparatında və tabeli qurumlarında işlə təmin edilib.
Qurumdan Avtosfer.az-a verilən xəbərə görə, Şuşa və Laçın istiqamətində gedən döyüşlərdə iştirak edən Məmmədov Nurlan İkram oğlu Agentliyin Sərnişindaşıma fəaliyyətinin tənzimlənməsi şöbəsində mütəxəssis vəzifəsinə qəbul olunub.
Cəbrayıl, Zəngilan, Laçın, Qubadlı istiqamətində gedən döyüşlərdə 3 medalla təltif olunan Səmədov Nurlan Famil oğlu isə İnzibati işlər şöbəsində işlə təmin edilib.
İşlə təmin edilən digər bir nəfər isə Fərzalıyev Qismət Şadət oğludur. Vətən müharibəsində Daşkəsən-Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak edən və “Hərbi xidmətlərə görə" medalı ilə təltif edilən Qismət Fərzalıyev Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" MMC - Mərkəzləşdirilmiş Vahid Dispetçer şöbəsində çalışacaq.
Ali Baş Komandanın sərəncamı ilə “Zəngilanın işğaldan azad olunmasına görə”, "Qubadlının işğaldan azad olunmasına görə” və “Cəbrayılın işğaldan azad olunmasına görə” medallarına layiq görülən İbrahimov İbrahim Tərlan oğlu da eyni şöbədə fəaliyyət göstərəcək.
Məlumat üçün bildirək ki, Vətən Müharibəsi zamanı Bakı Nəqliyyat Agentliyinin 19 əməkdaşı Şanlı Ordumuzun sıralarında şücaət göstərərək torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak edib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












