Vətən müharibəsinin daha bir qəhrəmanı - FOTO

Vətən müharibəsində igidlik nümayiş etdirən oğullardan biri də baş leytenant Məhəmmədəli Tağılıdır.
Avtosfer.az “Azərbaycan Ordusu” qəzetinə istinadən xəbər verir ki, M.Tağılı Vətən müharibəsində mexanikləşdirilmiş bölüyün komandiri kimi Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa uğrunda gedən döyüşlərdə fəal iştirak edib.
Məhəmmədəli döyüşlər başlayan zaman Füzuli rayonunun işğalda olan kənd Horadizin azad olunması tapışırığını alır və bölməsinin şəxsi heyəti ilə düşmənin mövqelərini darmadağın edir.
Uğurlu əməliyyatlar keçirən zabit bölməsi ilə Cəbrayıl rayonunun bir neçə kəndinin, Xocavənd rayonunun Hadrut qəsəbəsi ətrafındakı yüksəkliklərin və Tuğ kəndinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edir.
Daha sonra zabitin rəhbərlik etdiyi bölmə Şuşa şəhəri istiqamətində irəliləyir. Baş leytenant Məhəmmədəli Tağılı Şuşa şəhəri yaxınlığında düşmənin aramsız atəşi zamanı yaralanan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elmir Mürvət oğlu Qədirovu təxliyyə edərək onun sağ qalmasında böyük rol oynayır.
Döyüş tapşırığının icrasına davam edən bölmə xüsusi təyinatlı qüvvələrlə birlikdə Şuşanın azad edilməsinə nail olur.
Şərəfli döyüş yolu keçən baş leytenant Məhəmmədəli Tağılı “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Azərbaycanda yeni ehtiyac meyarı müəyyənləşir
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO












