Vətəndaşlar işğaldan azad olunmuş ərazilərə səfər etmək imkanı qazandı

2023-cü ilin dekabr ayından etibarən “Yolumuz Qarabağa” portalı vasitəsilə fərdi minik avtomobilləri ilə Şuşa şəhəri və Suqovuşan qəsəbəsi istiqamətində Azərbaycan vətəndaşları üçün ilk icazələr tətbiq olunmağa başlanıb. Daha sonra portala Laçın şəhərinə səfər imkanı da əlavə olunub.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Avtosfer.az-a verilən açıqlamada bildirilib ki, ilk dövrlərdə səfərlərlə bağlı kvota tətbiq olunsa da, 2024-cü ilin aprel ayından günlük kvotalar bir çox istiqamətlərdə ləğv olunub.
“Eyni zamanda, 1 ay öncə portala 8 istiqamət üzrə səfərlər də əlavə olunub. Beləliklə, vətəndaşlar işğaldan azad olunmuş daha çox şəhər və rayonlara səfər etmək imkanı qazanıblar. Ötən gün elan olunan yenilik isə ondan ibarətdir ki, fərdi minik avtomobilləri ilə işğaldan azad edilmiş müvafiq istiqamətlərə səfərlər üçün “Yolumuz Qarabağa” portalından əldə olunan icazənin müddəti 2 gündən 5 günədək artırılıb. Digər şərtlər dəyişməz olaraq qalır. Belə ki, səfərdən 2 gün öncə icazə əldə olunmalıdır. Fərdi minik avtomobillərində səfər üçün 1 sürücü olmaqla maksimum 9 nəfər üçün icazə alına bilər”, - deyə AYNA-nın açıqlamasında bildirilib.
Xatırladaq ki, fərdi minik avtomobillərini idarə edən şəxslər “Yolumuz Qarabağa” portalı üzərindən səfərlə bağlı qaydalar, mina təhlükəsizliyi barədə maarifləndirici məlumatlarla tanış olmalı, həmçinin bu barədə səfər edən şəxsləri məlumatlandırmalı, müvafiq yoxlanışdan keçdikdən sonra işğaldan azad edilmiş ərazilərə daxil olduqda, mina təhlükəsizliyinə əməl etmək üçün marşrutdan kənara çıxmamalı, yolayrıcılarında diqqətli olmalı və səfər marşrutu boyunca qaydalara əməl etməlidirlər.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












