Vəzifəyə təyin olunan qadınların sayı artıb

Əvvəlki illərlə müqayisədə dövlətin idarə olunması və qərarların qəbul edilməsində qadınların təmsilçiliyində irəlilkəyişlər əldə olunub.
Avtosfer.az xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2019-cu il üzrə illik məlumatında əksini tapıb.
Sənədə əsasən, 2005-ci ildə üçüncü çağırış Milli Məclisdə qadınlar 14 nəfər (11,2 %) təşkil edirdisə, 2020-ci ildə altıncı çağırış parlamentdə 22 nəfər ( 18,2 %) olub. Qanunverici orqanın sədri qadın seçilib.
Bundan başqa, 1 nəfər qadın nazir vəzifəsinə təyin edilib, nazir müavini olan qadınların sayı 3 nəfərdən 8 nəfərə yüksəlib, 3 nəfər səfir və bir nəfər konsul qadındır.
Əksər yerli icra hakimiyyəti başçılarının müavinlərindən biri qadındır. 2013-cu ildə bu rəqəm 35 nəfər idisə, hazırda 76 nəfərə çatıb.
Məhkəmələrdə haklim qadınların sayı 78 nəfərdir, yəni 14 % təşkil edir.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə hazırlanan hesabat Milli Məclisin sabah keçiriləcək iclasında dinləniləcək.
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu












