Xaçmazda qanunsuz balıq ovlayan şəxs postda saxlanıldı - VİDEO - FOTO

Xaçmazda qanunsuz olaraq nərə və qızıl balıq ovlayan şəxs aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar xidməti ərazidə qurulmuş müvəqqəti stasionar postda xidmət aparan zaman taksi fəaliyyəti ilə məşğul olan Atamoğlan Əzizovun idarə etdiyi nəqliyyat vasitəsini saxlayıblar.
Şöbə əməkdaşları sürücü və nəqliyyat vasitəsində sərnişin qismində əyləşən Fərrux Ağayevin sənədlərini yoxladıqdan sonra nəqliyyat vasitəsinin yük yerinə baxış keçiriblər. Bu zaman isə oradan Fərrux Ağayevə məxsus qanunla ovlanması qadağan edilən iki ədəd nərə, bir ədəd qızıl balıq, müxtəlif sayda və çəkidə digər balıq növləri, eləcə də ov üçün istifadə olunan balıq torları aşkar edilib.
F.Ağayev maddi sübutlarla birlikdə qanunvericiliyə uyğun olaraq RPŞ-nə gətirilib.
İlkin dindirilmə zamanı o, balıq məmulatlarının və torların ona məxsus olduğunu etiraf edib.
Faktla əlaqədar Xaçmaz RPŞ-də istintaq və əməliyyat tədbirləri davam etdirilir.


Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA
Pensiyalarla bağlı gözlənilən XƏBƏR
Bakı Limanında yükaşırma göstəriciləri artıb - FOTO
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR - YENİLƏNİB
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq











