Xaricə səfər edən azərbaycanlıların sayı azalıb

2025-ci ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 162 ölkəsindən 338,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
Bildirilib ki, gələnlərin 23,4 faizi Rusiya Federasiyası, 18,6 faizi Türkiyə, 9,9 faizi Hindistan, 9,3 faizi İran, 5,0 faizi Gürcüstan, 3,3 faizi Qazaxıstan, 3,2 faizi Pakistan, hər birindən 2,9 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı, 1,8 faizi Küveyt, 1,7 faizi Özbəkistan, 1,6 faizi Çin, hər birindən 1,4 faiz olmaqla Türkmənistan və Ukrayna, 1,2 faizi İsrail, 1,1 faizi Oman, 11,3 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 72,2 faizini kişilər, 27,8 faizini qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 3,9 dəfə, Tacikistandan - 1,9 dəfə, Çindən - 1,8 dəfə, İspaniyadan - 1,7 dəfə, İordaniyadan - 44,6 faiz, Hindistandan - 44,0 faiz, Qırğızıstandan - 25,7 faiz, Qazaxıstandan - 21,0 faiz, Pakistandan - 19,6 faiz, Misirdən - 18,9 faiz, ABŞ-dan - 17,4 faiz, Niderlanddan - 16,5 faiz artıb.
2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,6 faiz azalaraq 11,0 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 9,9 faiz azalaraq 62,1 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 9,2 faiz azalaraq 107,4 min nəfər olub, digər ölkələrdən gələnlərin sayı isə 10,8 faiz artaraq 158,1 min nəfər təşkil edib.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,2 faizi hava, 27,2 faizi dəmir yolu və avtomobil, 1,6 faizi isə dəniz nəqliyyatından istifadə edib.
2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 0,1 faiz azalaraq 296,3 min nəfər olub.
İrana gedən Azərbaycan vətəndaşlarının sayı 25,4 faiz, Gürcüstana gedənlərin sayı 17,4 faiz artıb, Türkiyəyə gedənlərin sayı 2,7 faiz, Rusiyaya gedənlərin sayı isə 27,7 faiz azalıb. Azərbaycan Respublikası vətəndaşlarının 36,9 faizi Türkiyəyə, 15,8 faizi Rusiyaya, 11,4 faizi Gürcüstana, 10,7 faizi İrana, 25,2 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 67,5 faizini kişilər, 32,5 faizini qadınlar təşkil edib.
2025-ci ilin yanvar-fevral aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 68,1 faizi hava, 29,7 faizi dəmir yolu və avtomobil, 2,2 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Fuad Nəcəfli istintaqa cəlb edildi
Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM: Bir neçə quruma göstəriş verildi
Bakıda limuzinlər üçün parklanma problemi: Ödəniş necə hesablanmalıdır? - FOTO
Prezident fərman imzaladı: Bu qurumlar birləşdirilir – TAM SİYAHI
Hikmət Hacıyev: Vardanyanla bağlı məhkəmə qərarı 30 illik münaqişənin məntiqi yekunudur
Restoranlar müştərilərin telefonlarının şarj edilməsinə görə ödəniş istəyir? - VİDEO
Aeroport yolunda yeni nəzarət sistemi qurulur - Hərəkət məhdudlaşdırılacaq - VİDEO
Naxçıvandan TRIPP marşrutuna qoşulacaq dəmir yollarında görülən işlərin SON GÖRÜNTÜLƏRİ - VİDEO
"İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllimədən XƏBƏR VAR
İki icra başçısı cəzalandırıldı; birinə töhmət, birinə xəbərdarlıq
General-leytenant komandan da vəzifəsindən gedir











