Xəzər dənizindən biabırçı GÖRÜNTÜ – Ekoloji problemi yaradanlar KİMLƏRDİR? - VİDEO

Xəzər dənizindəki ekoloji problemlər zaman-zaman müzakirə mövzusu olub. Dənizə neft artıqlarının və çirkab sularının axıdılması isə acınacaqlı durumdur.
Bizim.Media-ya Xəzərin Bakı Dəniz Vağzalı tərəfdən neft artıqları və tullantı ilə çirkləndirilməsi görüntüləri daxil olub. Videodan da məlum olur ki, bəzi neft-qazçıxarma müəssisələrinin axıntıları, eyni zamanda onlara məxsus təsərrüfat-məişət tullantıları Xəzəri çirkləndirən əsas mənbələrdir.
Qeyd edək ki, dənizə neft artıqlarının və çirkab suların axıdılması ilə bağlı problem dəfələrlə qabardılsa da, ən böyük ekoloji problemin aradan qaldırılması istiqamətində Ekologiya və Təbii Sərvətlr Nazirliyi tərəfindən tədbirlər görülsə də, məsələ tam həllini tapmayıb.
Halbuki Xəzər dənizinin çirklənməsi dənizdəki biomüxtəlifliyin məhv olması deməkdir.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən görüntülərin çəkildiyi yerdə baxış keçirildiyi və araşdırma aparıldığı bildirilib.
Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyəti sədrinin müşaviri Könül İmamverdiyeva isə qeyd edib ki, yalnız sahil zolağına yaxın hissədə öz imkanları hesabına təmizlik işləri apara bilirlər:
“O ki qaldı dənizin içərisindəki hansısa tullantıya, bu, imkanlarımız xaricindədir. Uzaq məsafədə, dənizin ortasında isə tullantıları texniki səbəbdən təmizləmək gücündə deyilik”.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












