Xəzər sahillərində növbəti təmizlik aksiyası keçirildi - FOTO

Çimərlik mövsümü ərəfəsində paytaxtın Sabunçu rayonu ərazisində vətəndaşlar tərəfindən ətraf mühitin təmizliyinə riayət olunmasını təbliğ etmək, ölkənin biomüxtəlifliyində xüsusi rola malik ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və insanları təbiətin mühafizəsi uğrunda səylər göstərməyə xidmət etmək məqsədini daşıyan sahilyanı təmizlik aksiyası keçirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Sabunçu Rayon İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Xəzər dənizinin biomüxtəlifliyinin mühafizəsinə xidmət edən çirkləndirilmiş sahilyanı ərazilərin təmizlənməsinə və bərpasına yönəlmiş bu təmizlik aksiyasında qurumların əməkdaşları və ictimai birliyin könüllüləri iştirak ediblər.
Keçirilən aksiya Pirşağı qəsəbəsindəki ictimai çimərlik ərazisində təşkil edilib. İməcilik zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları ərazini çox sayda tullantıdan, xüsusən də davamlı zərərə səbəb olan plastik tullantılardan təmizləyib və toplanan iki tona yaxın tullantı "Təmiz Şəhər" ASC-nin Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna təhvil verilib.
Sabah bəzi sürücülər imtahana cəlb olunacaqlar - RƏSMİ
Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO





















