Xəzərin səviyyəsi 15 il ərzində geri çəkiləcək

"1978-ci ildən 1995-ci ilə qədər Xəzərin səviyyəsi qalxmışdı. O vaxt Azərbaycanın iqtisadiyyatına 2 milyard dollar ziyan dəymişdi".
Avtosfer.az xəbər verir ki, bunu Baku.ws-ə açıqlamasında Elm və Təhsil Nazirliyinin Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər Dənizi şöbəsinin müdiri professor Əmir Əliyev deyib.
O bildirib ki, proqnozlara görə, Xəzər dənizində suyun çəkilməsi prosesi qarşıdakı 10-15 il davam edəcək. Bu illər ərzində dənizin səviyyəsi düşəcək. Sonra isə təqribən 2040-2050-ci illər arasında yenidən qalxmalar müşahidə olunacaq:
"Müəyyən olunub ki, son 4000 il ərzində Xəzərin səviyyəsi təxminən 200-220 il düşür, bir o qədər müddət də qalxır. Sonuncu ən böyük səviyyə 1805-ci ildə qeydə alınıb. O gündən bəri suyun səviyyəsi düşür. Arada cüzi artımlar da olur lakin ümumilikdə suyun səviyyəsi aşağı düşür".
Professorun sözlərinə görə, Xəzərin suyunun çəkilməsinin həm ekoloji, həm də iqtisadi təsirləri var.
Xüsusi təsir əsasən gəmiçiliklə bağlı özünü büruzə verir. Gəmi limanları əvvəllər daha yaxın idi, indi dəniz çəkilib deyə gəmilər limana gələ bilmir. Balıqçılıq sahəsi ilə bağlı da vəziyyət oxşardır. 1978-ci ildən 1995-ci ilə qədər Xəzərin səviyyəsi qalxmışdı. O vaxt Azərbaycanın iqtisadiyyatına 2 milyard dollar ziyan dəymişdi. Bizdə elə yerlər var ki, dənizin səviyyəsi 100, 200, 500 metr, hətta kilometrə qədər çəkilib, - deyə şöbə müdiri vurğulayıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












