XİN-dən Ermənistanın iddialarına CAVAB

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Ermənistan Respublikası Xarici İşlər Nazirliyinin 9 yanvar 2021-ci il tarixli bəyanatını tamamilə əsassız hesab edir və həmin bəyanatda yer alan iddiaları rədd edir.
Bu barədə XİN-in Mətbuat xidməti idarəsindən bildirilib.
“Xatırladırıq ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Müdafiə Nazirliyinin həyata keçirdikləri birgə əməliyyat nəticəsində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən məqsədyönlü şəkildə yerləşdirilmiş 62 nəfərdən ibarət erməni terrorçu-diversant qrupu saxlanılaraq istintaqa təhvil verilib.
Saxlanılanların hamısı Ermənistanın Şirak vilayətindən Ermənistan silahlı qüvvələrində hərbi xidmət keçmək üçün çağırılmış və Azərbaycan Respublikasının ərazilərində onun Silahlı Qüvvələrinin üzvlərinə və mülki əhalisinə qarşı diversiya və terror aktları törətmək məqsədilə bu ərazilərə yeridilib.
İstintaq zamanı müəyyən edilib ki, erməni terrorçu-diversiya qrupunun üzvləri 26 noyabr 2020-ci il tarixində, yəni Azərbaycan Respublikası və Rusiya Federasiyası Prezidentləri və Ermənistan Baş nazirinin imzaladığı üçtərəfli bəyanatla əldə edilmiş atəşkəsin qüvvəyə minməsindən sonra Azərbaycan ərazilərinə göndəriliblər.
Qeyd olunan qrup tərəfindən Azərbaycan hərbçilərinə və mülki şəxslərinə qarşı terror aktları törədilib və nəticədə Azərbaycan Silahlı Qüvvələrinin üzvləri və mülki şəxslər arasında həlak olanlar və yaralananlar olub.
Bəhs olunan diversiya qrupunun üzvləri atəşkəsin əldə edilməsindən sonrakı dövrdə diversiya-terror fəaliyyəti ilə məşğul olmaq məqsədilə Azərbaycan ərazilərinə göndərildiyi üçün bu şəxslər beynəlxalq humanitar hüquqa uyğun olaraq hərbi əsir hesab edilmir və Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Ermənistan tərəfinin bu məqsədyönlü təxribatçı fəaliyyəti beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq və üçtərəfli bəyanatın kobud şəkildə pozulması halı olmaqla yanaşı, açıq-aşkar surətdə bu ölkə tərəfindən Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş təcavüzkar siyasətin davam etdiyini nümayiş etdirir.
Azərbaycan Respublikası beynəlxalq hüquqla müəyyən olunmuş və 10 noyabrda imzalanmış üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərinə məsuliyyətlə yanaşır və həmin öhdəlikləri tam yerinə yetirir. Azərbaycan tərəfi, eyni zamanda Ermənistanı üçtərəfli bəyanatla müəyyən edilmiş öhdəliklərini yerinə yetirməyə, atəşkəsə əməl etməyə, Azərbaycana qarşı təxribatçı hərbi fəaliyyətə son qoymağa çağırır”, - deyə qeyd olunub.
Sərnişinlərin NƏZƏRİNƏ: Bakıda bəzi marşrutların dayanacaqları DƏYİŞDİRİLDİ
Xırdalan – Sumqayıt sərnişin qatarlarının hərəkəti BƏRPA OLUNUR - VİDEO
Türkiyədə ağır cinayətlərə görə axtarılırdı: Bakıda SAXLANILDI
Azərbaycanda 13 yaşlı qız hamilə qaldı - Atasının 45 yaşlı dostu həbs edildi
Bakıda nişan və piyada keçidi tıxac yaradır? - VİDEO
“28 May”da sərnişinlərin hərəkəti necə tənzimlənir? - VİDEO
10 kiloqramlıq narkotik əməliyyatı: İmişlidə qadın saxlanıldı
Bakıda mağazada uçqun: Qadın dağıntılar altında qaldı - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - VİDEO
FHN-dən Qubada baş verən zəlzələ ilə bağlı AÇIQLAMA
"Tarqovı"da rəqs edən qızın GÖRÜNTÜLƏRİ qalmaqal yaratdı - FOTO - VİDEO










