Xüsusi karantin rejimi ilə bağlı yoxlamalara başlanıldı - FOTO

Xüsusi karantin rejimi ilə əlaqədar Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhər regional qrupu məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşları rayon ərazisində vətəndaşlar ilə mütəmadi olaraq maarifləndirici söhbətlər aparır, koronavirus infeksiyasının fəsadlarını diqqətə çatdırır və fərdi tənəffüs yollarını qoruyan vasitələrdən istifadənin zəruriliyini bildirir.
Edilən xəbərdarlıqlara baxmayaraq, qaydaları pozmaqda davam edən şəxslər barəsində protokol tərtib edilərək, cərimələniblər.
Bundan başqa, keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayon sakinləri Sevinc Ələsgərova və Rəşad İsgəndərov ev şəraitində müalicə almalarına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanları tərk etmələri müəyyən edilib.
Polis əməkdaşları dərhal onların rayon ərazisində yerini müəyyən edərək, müəyyənləşdirilmiş tibbi prosedurlar gözlənilməklə yaşadıqları evə göndərib.
Faktlarla bağlı Goranboy RPŞ-nin İstintaq Bölməsində Azərbaycan Respublikasının Cinayət
Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, faktla bağlı araşdırmalar davam etdirilir.
Bir sıra yollarda görünüş məhdudlaşacaq - Sürücülərin nəzərinə!
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












