Yaponiya, ABŞ və Fransa birgə hərbi-dəniz təlimləri keçirib

Yaponiyanın özünümüdafiə dəniz qüvvələri ABŞ və Fransadan olan hərbi gəmilərin iştirakı ilə Kyuşü adası yaxınlığında birgə təlimlər keçiriblər.
Yaponiyanın “Hamana” təchizat gəmisi ABŞ-ın “Kertis Vilbur” esminesi və Fransanın “Prerial” gözətçi gəmisinin iştirakı ilə dənizdə təchizat mövzusunda üçtərəfli təlimlərə qatılıb.
Qeyd edək ki, Yaponiya ilə Fransa arasında 2019-cu ildə dənizdə birgə təchizat və qarşılıqlı xidmət barədə müqavilə imzalanıb. Həmin sənəd iki ölkənin silahlı qüvvələrinə qarşılıqlı şəkildə ərzaq, yanacaq və döyüş sursatı təchizatına şərait yaradıb. Dənizdə təchizatla bağlı həmin təlim sənədə əsasən iki ölkə arasında keçirilən ilk təlim olub.
Bildirilir ki, Fransanın gözətçi gəmisi Şimali Koreya tərəfindən bir gəmidən digər gəmiyə yüklərin ötürülməsinin monitorinqini keçirmək üçün fevral ayından Şərqi-Çin dənizinə ezam edilib./AzerTAC
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












