Yaşadıqları ünvanları tərk edən daha iki COVID-19 xəstəsi aşkarlandı

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları karantin postunda xidmət aparan zaman şəhərə daxil olmaq istəyən “Mercedes”markalı avtomobilin sürücüsünün COVID-19 xəstəsi olduğunu aşkar ediblər.
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, koronavirus infeksiyasına yoluxan və ev şəraitində müalicə alan Goranboy rayon sakini karantin rejimi qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib.
O, Mingəçevir şəhərinə daxil olmaq istəyərkən polislər tərəfindən aşkar olunub və yaşadığı ünvana qaytarılıb.
COVID-19 testinin nəticəsi pozitiv olan və ev şəraitində müalicə təyin olunan Mingəçevir şəhər sakini olan bir qadın da qoyulan qaydalara biganə yanaşaraq yaşadığı ünvanı tərk edib. Polislər tibbi prosedurları da gözləməklə onu yaşadığı ünvana geri qaytarıblar.
Hər iki şəxs barəsində Mingəçevir Şəhər Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












