Yasamalda ahıl yaşlı qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb - FOTO - VİDEO

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı rayon ərazisində soyğunçuluq etməkdə şübhəli bilinən vətəndaş Bahadur Ağayev saxlanılıb.
DİN-dən Avtosfer.az-a verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, qeyd edilən şəxs hadisə zamanı qonşusu ahıl yaşlı qadının evinə daxil olub. Orada yataq xəstəsi olan qadının sərbəst hərəkət edə bilməməsindən istifadə edərək mənzildə olan dəyəri 550 manat olan “Samsung” markalı mobil telefonunu soyğunçuluq edərək ələ keçirib. Polis əməkdaşları tərəfindən saxlanılan Bahadur Ağayev etdiyi cinayəti etiraf edib.
Qeyd edilən faktla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb zəruri istintaq tədbirləri davam etdirilir.
Bahadur Ağayevin paytaxt ərazisində digər analoji cinayətlər etdikləri istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə, bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermə bilərlər.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO














