Yasamalda binaya qanunsuz artırılan eyvan söküldü - FOTO

Yasamalda “Üç tac”ın qarşısında yeni tikilən çoxmərtəbəli yaşayış binasında qanunsuz olaraq eyvan artırılıb.
Avtosfer.az Baki-baku.az-a istinadən xəbər verir ki, eyvan artırması köhnə və ya baxımsız tikilidə yox, məhz müasir, yeni inşa edilmiş binada edilib.
Paytaxtda son illərdə şəhərsalma normalarına uyğun tikilən, estetik və təhlükəsizlik standartlarına cavab verən binalarda belə halların olması ictimaiyyətdə də təəccüb doğurub. Söhbət hələ istismar müddətinin başlanğıcında olan, şəhərin müasir memarlıq görünüşünə aid binadan gedir.
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən hadisə ilə bağlı araşdırma aparılıb və eyvanın qanunsuz olaraq artırılması təsdiqlənib.
BŞİH əməkdaşları dərhal sözügedən əraziyə gedib və qanunsuz artırılan eyvanın söküntüsü həyata keçirilib.
Vətəndaşa törətdiyi qanunsuz əməlin yaradacağı fəsadları ilə bağlı xəbərdarlıq edilib, binanın konstruksiyasının zərər görə biləcəyi, şəhərin estetik görünüşünə xələl gətirməsi istiqamətində maarifləndirici söhbət aparılıb.
Bakı Şəhər İcra Hakimiyyəti bildirir ki, qanunsuz tikililərin qarşısının alınması istiqamətində tədbirlər davam etdiriləcək və bu kimi hallara yol verən şəxslər barəsində qanunvericiliyə uyğun addımlar atılacaq.






Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












