“YAŞAT” yaralananlar və şəhid ailələrinin ehtiyaclarını qarşılamağa davam edir - FOTO

“YAŞAT” Fondunun əməkdaşları ərazi bütövlüyümüzün bərpası uğrunda yaralananların və şəhid ailələrinin yaşadıqları ünvanlarına üz tutmaqla bərabər, bu kateqoriyadan olan şəxslərin ehtiyaclarını qarşılamağa davam edir.
Şəhid İbrahimov Xeyrulla Mais oğlunun xaricdə təhsil alan övladının təhsil haqqı, şəhid Mirzalıyev Kamal Əjdər oğlunun ailəsinin isə məişət şəraitinin yaxşlaşdırılması “YAŞAT” Fonduna edilən ianələr hesabına qarşılanıb.
İrihəcimli yardımlar da davam edir. Belə ki, müalicələri davam edən qazilərimiz üçün “GİGER” tibbi reabilitasiya avadanlığı alınıb. Müvafiq avadanlıq gün ərzində 35-40 qazimizin müalicəsi üçün istifadə olunur.
Bu günə qədər 2706 şəhidin 11 mindən çox ailə üzvü və 100-dək yaralanan şəxslə görüşlər keçirilib, onların birinci dərəcəli ehtiyacları müəyyənləşdirilib. Şəhid ailələrinin ehtiyacları ilə bağlı aparılan təhlillərin nəticəsi olaraq 1472 şəhid ailəsinin 1772 nəfər ailə üzvünə Fond tərəfindən ödənişlərin həyata keçirilməsinə başlanılıb.
Belə ki, 534 şəhid ailəsinin 737 ailə üzvünün tibbi müalicə xərclərinin, 313 şəhid ailəsinin 410 ailə üzvünün borc öhdəliklərinin və 25 şəhid ailəsinin 25 ailə üzvünün təhsil haqqının ödənilməsinə, o cümlədən, təhsil ilə bağlı bəzi xərclərin qarşılanmasına, eyni zamanda, 600 şəhid ailəsinin məişət şəraitinin yaxşılaşdırılmasına (evin təmiri və istilik sisteminin təminatı) başlanılıb.
Həmçinin, yeni alınmış avadanlıq vasitəsilə 40-dan çox yaralının müalicəsi aparılır, səkkiz yaralıya isə mütəxəssislər tərəfindən təyin olunmuş cihazlar təqdim edilib ki, həmin avadanlıq və cihazlar vasitəsilə onların əlilliyinin aradan qaldırılması təmin olunur.
Yardımlar barədə ətraflı hesabat Fondun yaxın günlərdə istifadəyə veriləcək portalında yerləşdiriləcək.
Müvafiq kateqoriyadan olan şəxslərin ehtiyaclarının qarşılanması davam etdiriləcək. Xatırladaq ki, Fondun əməkdaşlarından ibarət 69 qrup zəruri planşetlərlə təmin olunub və bütün zəruri ehtiyaclar elektron qaydada qeydə alınır.
“YAŞAT” Fondunun əməkdaşları şəhid ailələrinin üzvləri və qazilərimizdən təşkil olunublar.
“YAŞAT” Fondunun bank rekvizitləri ilə http://vxsida.az/az/annouces/1493 keçidi vasitəsilə tanış olmaq mümkündür.
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu












