Yazda Qafqazın ən uzun avtomobil tunelinin inşasına başlanacaq

Gürcüstanda Qafqazın ən uzun avtomobil tuneli olacaq 9 km uzunluğundakı Kveşeti-Kobi tunelinin inşasına yazda başlanacaq.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş nazirinin birinci müavini, regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili bildirib.
Onun sözlərinə görə, tunelin inşası üçün lazım olan 15 metr diametrli qazma qurğusu artıq Gürcüstana gətirilib və yazda tikinti işlərinə start veriləcək.
M. Tskitişvili qeyd edib ki, bu il nazirliyin büdcəsi rekord həddə artırılaraq 2,367 mln. lariyə (716 187 593 dollar) çatdırılıb və bu vəsaitin böyük hissəsi beynəlxalq magistral yolların tikintisinə sərf ediləcək. Nazirin sözlərinə görə, Rikoti və Şərq-Qərb magistral yollarının inşası tamamlandıqdan sonra Tbilisidən Batumiyə gediş 3,5 saata qədər enəcək.
Pensiyalarla bağlı gözlənilən XƏBƏR
Bakı Limanında yükaşırma göstəriciləri artıb - FOTO
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR - YENİLƏNİB
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq
Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO
İşdən çıxarılan icra başçısı məşhur şəxsin QARDAŞIDIR
15 sentyabr: Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı-Kuryk bərə xətti ilə səyahət Azərbaycana nə qazandıracaq? - DEPUTAT











