Yekaterinburqdan Bakıya çarter reysləri açılacaq

“Ural Hava Yolları” Yekaterinburq-Bakı-Yekaterinburq marşrutu üzrə çarter reysləri həyata keçirəcək.
Bu barədə daşıyıcının Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, uçuşlar martın 11-dən başlayacaq və hər həftənin cümə axşamı həyata keçiriləcək.
Şirkətdən qeyd olunub ki, koronavirus pandemiyası ilə bağlı mövcud məhdudiyyətlər səbəbindən hazırda Azərbaycana yalnız Azərbaycandakı diplomatik nümayəndəliklərin, konsulluqların əməkdaşları və rəhbərləri və onların ailə üzvləri, ailə üzvləri Azərbaycan vətəndaşı olan əcnəbi vətəndaşlar, Azərbaycanda işləmək üçün icazəsi olan əcnəbi vətəndaşlar, həmçinin Azərbaycanda daimi və ya müvəqqəti yaşamaq icazəsi olan əcnəbi vətəndaşlar və Azərbaycanın ali məktəblərində təhsil alan əcnəbi tələbələr uça bilər.
“Azərbaycandan Rusiyaya isə Rusiya Federasiyası hökumətinin 635 saylı əmri ilə Rusiyaya daxil olma əsası olan vətəndaşlar uça bilərlər. Hava limanına təyyarənin Bakıdan yola düşməsindən ən azı 4 saat əvvəl gəlmək lazımdır. Həmçinin koronavirusla bağlı PZR testləri də tələb olunur”, - şirkətdən əlavə ediblər.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












