Yer kürəsinə təhlükəli asteroid yaxınlaşır

Astronomlar yaxın iki gün ərzində potensial təhlükəli olan “2020 WU5” asteroidinin Yer kürəsindən səkkiz milyon kilometr məsafədə keçəcəyini bildiriblər.
Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, onun orbitinin hərəkət trayektoriyası NASA-nın Reaktiv Hərəkət Laboratoriyasının saytında təqdim olunub.
“2020 WU5” asteroidi 2020-ci il noyabrın 29-da NEOWISE (Wield-Field Infrared Survey Explorer) kosmik teleskopu tərəfindən əldə edilmiş şəkillərdə aşkar edilib, dekabrın 4-də isə Beynəlxalq Astronomiya İttifaqının (IAU) Kiçik Planetlərin Elektron Sirkulyarına daxil edilib.
Asteroid “Apollon” qrupuna – orbitləri xaricdən Yerin orbiti ilə kəsişən Yerətrafı obyektlərə aiddir. Alimlər asteroidin diametrinin 0,5-1,1 kilometr arasında olduğunu təxmin edirlər.
Yanvarın 13-dən 14-nə keçən gecə asteroidin Yerə ən yaxın məsafədə olacağı gözlənilir. Hesablanmış məlumatlara görə, onun parlaqlığı 12,9 ulduz böyüklüyündə, bucaq sürəti isə dəqiqədə 33,4 bucaq saniyəsi olacaq.
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu












