Yevlaxda bacı və qardaşa qarşı 92 min manatlıq dələduzluq edilib

Yevlax rayonunda dələduzluq hadisəsi baş verib.
Bu barədə Avtosfer.az-a Yevlax Rayon Prokurorluğundan məlumat verilib.
Belə ki, Yevlax rayon sakinləri - Elmira Sadıqova və qardaşı Əkbər İsmayılova məxsus pulun Paşayev Fərman Məhəmmədəli oğlu tərəfindən mənimsənilməsinə əsaslı şübhələr olduğundan rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.4-cü (mənimsəmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.
İbtidai istintaqla Yevlax şəhər sakini 1973-cü il təvəllüdlü Fərman Paşayevin Elmira Sadıqovaya məxsus 11 min manat pulu və təkrarən Əkbər İsmayılova məxsus 81 min 900 manat məbləğində pulu onların etibarından istifadə edərək dələduzluq yolu ilə qəsdən ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Cinayət işi üzrə Fərman Paşayevin əməli Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsinə tövsif edilərək həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək cinayət işi istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə Yevlax rayon Polis Şöbəsinə göndərilmişdir.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA
Pensiyalarla bağlı gözlənilən XƏBƏR
Bakı Limanında yükaşırma göstəriciləri artıb - FOTO
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR - YENİLƏNİB
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq











