Yevlaxda narkotik alverçiləri saxlanıldı - FOTO

Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında Yevlax RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax şəhər sakini, əvvəllər məhkum olunmuş İsrail Bəkirov saxlanılaraq PŞ-nə gətirilib.
Onun üzərinə baxış zamanı satış məqsədi ilə əldə etdiyi 1 ədəd sellofan bükülüdə 42 qramdan artıq narkotik vasitə olan heroin və 1 ədəd sellofan bükülüdə 10 qrama yaxın psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.
Dindirilmə zamanı İ.Bəkirov narkotiki tanışı Bəylər adlı şəxsdən 1050 manat pul müqabilində aldığını etiraf edib.
Davam etdirilən tədbirlərlə Yevlax şəhər sakini, əvvəllər məhkum edilmiş Bəylər Əlizadə də saxlanılıb.
Onun üzərində aparılan axtarış zamanı satış məqsədi ilə gəzdirdiyi 1 ədəd sellofan bükülüdə heroin aşkar edilərək götürülüb.
Saxlanılan hər iki şəxs barəsində Yevlax RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirlir.

Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












