Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının İşçi qrupu yaradılıb

Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası üzvlərinin Siyahısı”na dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb.
Avtosfer.az-ın məlumatına görə, qərara əsasən, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası üzvlərinin siyahısı aşağıdakı redaksiyada verilir.
Komissiyanın sədri:
Şahin Mustafayev - Azərbaycan Respublikası Baş nazirinin müavini
Komissiya sədrinin müavini:
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi
Komissiyanın üzvləri:
Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinin müdiri;
Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsinin müdiri;
Azərbaycan Respublikası fövqəladə hallar nazirinin birinci müavini;
Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini;
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini;
Azərbaycan Respublikası təhsil nazirinin müavini;
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri;
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri;
Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri;
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi;
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin Yol-nəqliyyat hadisələrinin ekspertizaları şöbəsinin rəisi;
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri;
Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Texniki Universitetinin Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi kafedrasının müdiri;
Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının Şəhər təsərrüfatı şöbəsinin müdiri;
Azərbaycan Avtomobil Federasiyasının baş katibi;
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təşkili şöbəsinin baş mühəndisi, Komissiyanın məsul katibi.
Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinin müdiri komissiyanın üzvləri sırasına daxil edilib.
Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının Əsasnaməsi”nə də dəyişiklik edilib. Dəyişikliyə əsasən, komissiyanın daimi əsaslarla fəaliyyət göstərməsi üçün Komissiya üzvlərinin təmsil olunduqları qurumların əməkdaşlarından ibarət İşçi qrup yaradılır. İşçi qrupa rəhbərliyi Komissiyanın məsul katibi həyata keçirir.
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












