Yolun sağı ilə, lükləri saya-saya: Bakıda elektrik skuterləri üçün təhlükə - VİDEO

Bakıda elektrik skuterlərindən istifadə edənlərin sayı getdikcə artır, ancaq onların hərəkət etməli olduğu bəzi yollarda həyati təhlükəli durum yaranıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, skuter zolaqlarında yerləşən lüklər, səki kəsintiləri, digər yol qüsurları sərbəst və təhlükəsiz hərəkətə mane olur.
"Bir neçə gün əvvəl skuterlə hərəkət edən şəxs lükün üzərindən keçəndə nəqliyyat vasitəsi idarədən çıxdı, sürücüsü isə yıxılmamaq üçün ani olaraq yolun hərəkət hissəsinə çıxdı. Az qala, arxadan gələn maşın ona çırpılacaqdı. Bəxti gətirdi ki, son anda yayına bildi. Əgər bu vəziyyətdə ağır bir hadisə yaşansa, məsuliyyəti kim daşıyacaq?" - deyə müraciətdə qeyd olunub.
Həmçinin vurğulanıb ki, şəhərin bəzi hissələrində bu zolaqların nə üçün salındığı aydın deyil:
"Çünki skuter və velosiped üçün nəzərdə tutulan zolaqlar qəfil kəsilir. Bəzi yerlərdə isə ancaq səkinin üstü ilə məhdudlaşır. Ondan sonra hərəkəti davam etdirmək üçün məcburən hərəkət zolağına çıxmaq lazım gəlir".
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, təhlükəsiz hərəkətə maneə yaradan amillərlə əlaqədar aidiyyəti üzrə müraciət ünvanlanıb:
"Bakıda mikromobillik zolaqları qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla layihələndirilir. Mikromobillik zolaqlarının təşkili AYNA tərəfindən hazırlanan konseptual plan əsasında həyata keçirilir. Konseptual planın əsas məqsədlərindən biri velosiped yollarının davamlılığının təmin edilməsidir.
Lakin mikromobillik zolağı bitirsə və yaxud istifadəçinin hərəkət etdiyi istiqamətdə velosiped yolu yoxdursa, bu zaman velosiped və ya skuter istifadəçisi həmin yoldakı nişanların və işıqforun tələblərinə riayət etməklə yolun sağ hissəsi ilə hərəkətini davam etdirə bilər. Qanunvericilik buna imkan verir.
Mikromobillik istifadəçilərinin hərəkəti üçün təhlükə yaradan və AYNA-nın səlahiyyəti daxilində olan amillər agentlik tərəfindən aradan qaldırılır. Təhlükəsiz hərəkətə maneə yaradan qeyd etdiyiniz amillərlə (lüklər və digər kənar maneələr) əlaqədar aidiyyəti üzrə müraciət ünvanlanıb".
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO












