"Yoluxma sayının artmasına avtobuslardakı sıxlıq çox təsir edir" - İnfeksionist

"Yoluxma sayının birdən 300-ün üzərinə qalxmasının tək səbəbi sosial məsafə, maska qaydalarına artıq riayət olunmamasıdır. Çünki artıq əhalinin çox toplaşdığı yerlərdə bu qaydalara əməl olunmur".
Avtosfer.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında infeksionist İlahə Vəliyeva deyib.
İnfeksionist bildirib ki, sərt karantin rejiminə keçmədən də insanları qaydalara riayət etməyə alışdırmaq olar:
"Artıq insanların çoxu maska taxmır, məsafə qaydasına əməl olunmur. Bunlar da yoluxmanı artıran səbəblərdir. Əlbəttə ki, avtobuslardakı, marketlərdəki sıxlıq da epidemioloji vəziyyətin psiləşməyə doğru getməyində çox böyük rol oynayır. Amma bu o demək deyil ki, sərt karantin rejiminə keçmək lazımdır. Mən bununla razı deyiləm. Çünki insanların qaydalara riayət etməsinə sərt karantin rejiminə keçmədən də, maarifləndirmə işlərini gücləndirməklə, daha düzgün şəkildə aparmaqla nail ola bilərik.
Sərt karantin rejiminə ehtiyac yoxdur. Zatən hələ də toylar keçirilmir, yas mərasimlərinə icazə verilmir. Bu prosesin daha da ağırlaşdırılması sadəcə olaraq insanların səbrini daşırır. Bunun bir çıxış yolu var - maarifləndirmə işlərini düzgün yerinə yetirmək, peyvəndin nə qədər vacib olduğunu təkrar-təkrar hər kəsə çatdırmaq, izah etmək lazımdır. Çünki bəzi peyvənddən qorxan, peyvənd olunmaqdan imtina edən insanlar var. Bu nüanslara əməl olunsa, əlbəttə ki, yoluxma sayı yenidən azalacaq".
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












