Zaqatala Hava Limanı niyə işləmir? - VİDEO

Zaqatala Beynəlxalq Hava Limanı fəaliyyətini dayandırıb.
Bu hava limanı 2017-cı ildə əsaslı yenidənqurmadan sonra istismara verilib.
Zaqatala sakinləri deyirlər ki, açılışı olduğu gündən bu yana aeroportdan normal şəkildə istifadə edə bilməyiblər. Sakinlər həm daxili, həm də xarici səfərlər zamanı hava limanının imkanlarından yararlanmaq istəyirlər.
Yol uzun olduğu üçün Bakıdan Zaqatalaya avtomobillə getmək əksər vətəndaşlar üçün yorucudur. Ona görə də sakinlər hesab edirlər ki, hava limanı istifadəyə verilərsə qısa vaxt ərzində istədikləri yerə səfər edə bilərlər.
Turizm ekspertləri isə deyirlər ki, Zaqatala turizm üçün əhəmiyyətli regiondur, amma hava limanı fəaliyyət göstərmədiyi üçün insanlar ora getməkdən imtina edirlər.
Hava limanının fəaliyyətini dayandırmasının səbəbini öyrənmək üçün "Azərbaycan Hava Yolları" QSC-yə müraciət ünvanladıq. Lakin qurumdan suallarımıza cavab verilmədi.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA











